“Starship” raketinin uğurlu buraxılışı baş tutub | VİDEO

   “Starship” raketinin uğurlu buraxılışı baş tutub   | VİDEO
  27 Avqust 2025    Oxunub:653
Amerikalı milyarder İlon Maska məxsus olan
“SpaceX” şirkəti “Starlink” peyklərinin səkkiz maketini kosmosa daşıyan “Starship” raketini fəzaya çıxarıb ki, bu da peyk üçün ilk uğurlu yük sınağını qeydə alıb.
AzVision.az “SpaceX” şirkətinin rəsmi açıqlamasına istinadən xəbər verir ki, raket Texasdakı “Starbase” kosmodromundan havaya qalxıb. Uçuş zamanı “Super Heavy” sürətləndiricisi (raketin birinci mərhələsi kimi çıxış edir) 33 mühərrikin hamısını işə salıb.

Təxminən yeddi dəqiqə sonra raketin yuxarı pilləsi ayrılıb və uçuşunu davam etdirərək, demək olar ki, 200 kilometr maksimum hündürlüyə çatıb.

“Super Heavy” sürətləndiricisi ayrılaraq Yerə qayıdıb. O, eniş zamanı əyləcdən uğurla istifadə edərək, Meksika körfəzinin sularına düşüb.

“Starship” raketinin uçuşu təxminən bir saat davam edib. Daha sonra reaketin geri qayıdan yuxarı hissəsi Hind okeanına düşərək partlayıb. “SpaceX” şirkəti testin bütün əsas məqsədlərinin tam şəkildə həyata keçirildiyini bildirib.

Qeyd edək ki, bu, “Starship” raketinin 10-cu sınaq buraxılışı idi. Əvvəlki üç buraxılış raketi uğurla endirə bilməyib və iyun ayında uçuşa hazırlanarkən raket buraxılış meydançasında partlayıb.

“İndi, “SpaceX” nəhayət, nəqliyyat vasitəsinin bu versiyasını Yer atmosferindən bütöv şəkildə, onunla əlaqəni kəsmədən geri qaytarmağın yolunu tapıb”, - “CNN” telekanalı vurğulayır.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: SpaceX   Starship   buraxılış  



Xəbər lenti